Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan (page 42)

Azərbaycan

Qərbi Azərbaycan: Bazirqanda Gümrük İdarəsinin rəis müavini saxlanılıb

Qərbi Azərbaycan prokuroru Mustafa Həbibi Bazirqan Gömrük İdarəsi rəis müavinin saxlandığı barədə məlumat verib. Prokuror adını çəkmədiyi Gömrük İdarəsi rəsmisinin qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstəyə yardım etməkdə şübhəli bilindiyini qeyd edib. Mustafa Həbibinin sözlərinə görə, qaçaqmalçılara dəstək veməklə bağlı başqa bir idarədə çalışan daha bir rəsmi şəxs təhlükəsizlik qüvvələri tərəfindən …

Davamı...

Şərqi Azərbaycanın ətraf mühit qurumları Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı məhkəmə sisteminin rəisinə müraciət edib

Şərqi Azərbaycanın bir qrup ətraf mühit qurumu İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Vərziğanın Əndəriyan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb ediblər. Məktubda, indiki və gələcək nəsillər üçün ətraf mühitin qorunmasına ehtiyac olduğunu vurğulayan ətraf mühit fəalları Əndəriyan mədənində qızıl …

Davamı...

Etirazlar zamanı öldürülən güney azərbaycanlı Kamal Fərəcinin anasından ürəkparçalayan sözlər – VİDEO

an və Güney Azərbaycanda bahalığa qarşı noyabr ayında keçirilən etiraz aksiyaları zamanı çox sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Kamal Fərəci Tehran etirazlarında öldürülən soydaşlarımız arasındadır. Noyabrın 17-də İranın güc strukturları tərəfindən açılan atəşlə qətlə yetirilmiş Kamal Fərəcinin 41 yaşı olub, o 3 uşağın atasıdır. Mərhumun anasının sözlərinə …

Davamı...

Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılacaq

Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılacaq. Məlumata görə, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının dekabrın 23-də məhkəmə iclası keçiriləcək. Adını çəkdiyimiz fəallar 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci …

Davamı...

Tikantəpədə terrorçuların simvolunu qaldıranlara etiraz edənlər mühakimə olunub

Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmmədxaninin şikayəti əsasında məhkəməyə çağırılan 12 tikantəpəli soydaşımız mühakimə olunub. Onlar şəhərdə “Pejak” terror qruplaşmasının simvolunu heykəl üzərində quraşdırıb və qaldıranlara etiraz etdikləri üçün bələdiyyə başçısının qəzəbinə tuş gəlib. Məlumata görə, Saib Nəhavəndi Tikantəpə, Yavərəli Qəmərniya, Əli Hidayəti, Vəhid Sədri, …

Davamı...

Bir qrup milli-mədəni fəal həbsdə olan tanınmış fəal Abbas Lisaninin ailəsi ilə görüşüb

Cümə günü bir qrup Ərdəbilli milli-mədəni fəal hazırda həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsini ziyarət edib. Abbas Lisani yanvarın 15-də qeyri-qanuni və əsassız ittihamlarla İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. İnsan haqları təşkilatları dəfələrlə onun qanunsuz həbsinə qarşı bəyanat yayıblar. Eləcə də, müxtəlif ictimai-siyasi, həmçinin mədəni və idman tədbirlərində …

Davamı...

Ərdəbil Ədliyyə İdarəsinin rəisi: Əyalətin əsas problemlərindən biri işsizlik məsələsidir

Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati əyalət əhalisinin dolanışıq səviyyəsinin aşağı olmasından şikayətlənib. O bu barədə cümə axşamı günü özəl sektorun nümayəndələri ilə keçirilən iclasda çıxış edib. “Cəmiyyətdə yaşanan bir çox problemlərin səbəbi əhalinin dolanışıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Əvvəllər maddi sıxıntılar ailədaxili ixtilaflarda az rol oynayırdı. Lakin indi …

Davamı...

Yarımçıq buraxılan layihələrdə işlər bərpa olunmalıdır – Qərbi Azərbaycan valisinin müavini

Qərbi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini təmsil etdiyi əyalətdə yarımçıq buraxılan layihələrdə işlərin bərpa olunmasının vacibliyindən danışıb. Bu barədə Aydın Rəhmani Rzayi, əyalət üzrə Texniki Şuranın Salmasda keçirdiyi iclasda çıxış edib. “Qərbi Azərbaycanda müxtəlif sahələrdə çox sayda layihə yarımçıq buraxılıb. Layihələrdə işlərin bərpası ilə bağlı hər hansı qərar da …

Davamı...

Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb

Şərqi Azərbaycan Əyalətində yerləşən Bostanabad Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin təhsil sahəsindəki problemlərini sadalayıb. Əli Musəvi Hüseyni bu barədə dekabrın 19-da “İrna” xəbər agentliyinin müxbirinə danışıb. “Bostanabad şəhərində 20 məktəb iki növbəli iş rejimi ilə fəaliyyət göstərir. Bu şəhərdə hətta ətraf məntəqələrlə müqayisədə bütün təhsil pillələrində təhsil müəssisəsi və dərs …

Davamı...

Güney azərbaycanlı fəal Yusif Kari 6 il həbs cəzasına məhkum edilib

Ərdəbil zindanında müvəqqəti olaraq saxlanılan güney azərbaycanlı fəal Yusif Kari haqda ağır məhkəmə hökmü çıxarılıb. Məlumata görə, hakim Məhdəviradın rəisi olduğu Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəalı 6 il azadlıqdan məhrum edib. Fəala “GAMAC Təşkilatına üzv olmaq” ittihamına görə 5 il, “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə isə1 il …

Davamı...