Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan (page 41)

Azərbaycan

40 ildən sonra Təbriz Universitetinin kitabxanasında türk dilində kitablara xüsusi bölüm ayrılıb

İranda bügünkü islami rejim hakim olduqdan 40 il sonra Təbriz Universitetində türkcə kitablarla bağlı yeni qərar qəbul olunub. Məlumata görə, universitetin kitabxanasında türk dilində kitablar üçün xüsusi bölüm ayrılıb. Hələlik bu bölümün rəflərinə düzülmüş kitabların sayı çox azdır. Lakin türk tarixi, dili və ədəbiyyatı ilə məşğul olan araşdırmaçı alimlər bu …

Davamı...

“Urmiya 90”nın baş məşqçisi komandadan ayrılıb- Səbəb?

“Urmiya 90” futbol komandasının bacarıqlı baş məşqçisi Vəhid Bəyatlu komandadan ayrılıb. Ağır maliyyə sıxıntılarına baxmayaraq İran çempionatının I dəstəsinin yarışlarında komandasına uğur qazandıran baş məşqçi sonda klubun imkansızlığı nəticəsində komandadan ayrılmalı olub. Vəhid Bəyatlunun Savənin “Xoşe Təlayi” klubu ilə müqavilə imzaladığı bildirilir. Bu barədə “Xoşe Təlayi”nin Teleqram kanalında xəbər yayılıb. …

Davamı...

Güney azərbaycanlı qadının kamera qarşısında cəsarətli sözləri: Biz nə zamanadək dözməliyik?! – VİDEO

Ötən günlərdə Güney Azərbaycanın qəhrəman qadınlarından biri İran rejiminin kamerası qarşısında hökuməti sərt tənqid edib. O “Sepah” terror qruplaşmasının ünvanına kəskin tənqidlər səsləndirib. “Biz nə zamanadək bu vəziyyətə dözüb və susmalıyıq?! Cənab Sərdar Sülemani, iddia edirsiniz ki, hər şeydən xəbəriniz var. O zaman deyin ki, bu silahlar özbaşına məmurların əlinə …

Davamı...

Etirazlar zamanı Tehranda saxlanılan güney azərbaycanlı öyrənci Yaşar Darülşəfadan xəbər yoxdur

Güney azərbaycanlı fəal Yaşar Darülşəfanın saxlanmasından bir aydan çox keçməsinə baxmayaraq onun vəziyyəti haqda heç bir məlumat yoxdur. Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai rifah ixtisası üzrə Tehran Reabilitasiya Elmləri Universitetində doktorantura pilləsində təhsil alır. Yaşar Darülşəfa noyabr ayında benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar zamanı Tehranda öyrənci yataqxanasında təhlükiəsizlik …

Davamı...

Miyananın millət vəkili: Zəlzələdən zərərçəkənlər son hadisələrlə əlaqədar unuduldu

Şərqi Azərbaycan Əyalətində baş verən dağıdıcı zəlzələdən təxminən 50 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlər hələ də ağır şəraitdə yaşayır. Bu barədə Miyana şəhərinin İran parlamentindəki millət vəkili Fərdin Fərmənd dekabrın 23-də parlamentdəki çıxışı zamanı danışıb. “Miyananın zəlzələdən əvvəl də bir çox problemi var idi. Təbii fəlakətin baş verməsi vəziyyəti …

Davamı...

Maliyyə sıxıntıları ilə üzləşən “Urmiya 90”nın baş məşqçisi: Komandada qalıb-qalmamağım oyunçuların saxlanılması ilə bağlıdır

“Urmiya 90” futbol komandasının baş məşqçisi komandada gələcək fəaliyyəti ilə bağlı bildirib ki, hal-hazırda ən önəmli məsələ məşqlərdə hazır olmalı olan oyunçuları saxlamaqdır. Bu barədə Vəhid Bəyatlu “Fars” xəbər agentliyinə danışıb. Onun sözlərinə görə, “Urmiya 90”nın oyunçuları artıq klub rəhbərliyinə müraciət edərək komandada qalıb-qalmayacaqlarının müəyyən edilməsini tələb edirlər. Baş məşqçi …

Davamı...

Güney azərbaycanlı öyrəncilər Tehranın millət vəkilinə Pinokkionun büstünü hədiyyə edib

Bir qrup güney azərbaycanlı öyrənci Tehranın İran parlamentindəki millət vəkili Mahmud Sadiqiyə özünəlayiq büst hədiyyə edib. Mahmud Sadiqi, Mühəqqiq Ərdəbili Universitetinin İslahatçı Təşkilatının dəvəti ilə Güney Azərbaycana gəlib. Universitetdə ona yalanlarına görə məşhur Pinokkionun büstü hədiyyə edilib. Universitetin İslami Dərnəyinin öyrənciləri bildirib ki, büst deputata əhalini aldatmaq üçün cəhdlərinə görə …

Davamı...

Etirazlar zamanı öldürülən güney azərbaycanlı gəncin anası sükutunu pozdu: Oğlumu ürəyindən güllələyiblər – VİDEO

İran və Güney Azərbaycanda bahalığa qarşı noyabr ayında keçirilən etiraz aksiyaları zamanı çox sayda güney azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Öldürülən onlarla soydaşımızın arasında əslən Şahsevən elindən olan İbrahim Kitabdar da olub. Onun anası bir neçə həftə sükut etməyə məcbur olsa da nəhayət ki, fəyadını bir video vasitəsi ilə …

Davamı...

4 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə baxılıb

Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılıb. Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının məhkəmə iclası dekabrın 23-ü yerli vaxtla saat 10:00-da keçirilib. Hakim Babayinin sədrliyi ilə keçirilən məhkəmə iclasında fəalların vəkili Məhəmmədrza Fəqihi də iştirak edib. …

Davamı...

Tikantəpədə mühacir kürdlərlə yerli türklər arasında qarşıdurma yaşanıb, 116 nəfər saxlanılıb

Qərbi Azərbaycanın Tikantəpə şəhərində yerli türk əhali ilə şəhərin kürd kökənli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin kürd tərəfdarları arasında kütləvi dava olub. Şənbə günü baş verən hadisədə çox sayda insanın xəsarət aldığı, 100 nəfərdən çoxunun polis tərəfindən saxlandığı bildirilir. Məlumata görə, bələdiyyə başçısının çox sayda tərəfdarı onun Çillə gecəsi ilə bağlı …

Davamı...