Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan (page 18)

Azərbaycan

Dr. Əxəvan Əkbəri: Ərdəbil Əyalətində koronavirusa yoluxanların sayı çoxdur, lakin onlar xəstə olduqlarından xəbərsizdir

Ərdəbil Əyaləti Tibb Universitetinin rəisi əyalətdə gələcək iki həftə ərzində koronavirusa yoluxanların sayının artacağı barədə xəbərdarlıq edib. Dr. Əxəvan Əkbəri bu barədə bazar günü günortadan sonra danışıb. “Hal-hazırda bu virusa yoluxanların sayı çoxdur. Lakin xəstəlik gizli dövrünü keçirdiyi üçün heç bir əlaməti yoxdur. Ona görə də virusa yoluxanlar xəstə olduqlarından …

Davamı...

Şərqi Azərbaycanda 28 nəfərin koronavirusa yoluxduğu qətiləşib

Təbriz Tibb Universitetinin rəisi Şərqi Azərbaycanda koronavirusun geniş yayıldığını bildirərək artıq 28 nəfərin virusa yoluxduğunu diqqətə çatdırıb. Məhəmməd Hüseyn Somi bu barədə bazar günü axşam saatlarında jurnalistlərə məlumat verib. “Şənbə günündən daha 13 nəfərin koronavirusa yoluxduğu məlum olub. Bununlada əyalətdə 28 nəfərin virusa yoluxduğu qətiləşib.”- deyə o bildirib. Universitet rəisi …

Davamı...

“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

Güney Azərbaycanın “Traxtur” futbol klubu komandaya qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyi barədə xəbərdarlıq edib. Bu barədə klubun Rəyasət Heyətinin rəisi Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlayıb. “İdman şərhçiləri və …

Davamı...

Güney azərbaycanlı jurnalist xanım “Sepah” tərəfindən həbs edilib

Güney azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sidqiyani həbs edilib. “Urmu Yazarları Birliyi”nin üzvü olan xanım Sidqiyani “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulub. “Sepah” xanıma qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürüb. Onun harada və hansı şəraitdə saxlandığı, eləcə də səhhəti ilə bağlı məlumat verilmir. Qeyd etmək lazımdır …

Davamı...

Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmayılzadə müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmailzadə (Kərim Boksçu) Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb. Təbriz sakini olan azərbaycanlı fəalın yaxınlarının dediyinə görə, o bir neçə gün saxlandıqdan sonra fevralın 29-da mülki vəsiqə qarşılığında azad edilib. Deyilənlərə görə, tanınmış idmançı Qərbi Azərbaycanın kürddilli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında Ettelaat İdarəsi …

Davamı...

Urmiya həbsxanasında koronavirus geniş yayılıb, bir məhbus həyatını itirib

Urmiya şəhərinin mərkəzi zindanında koronavirusun geniş yayıldığı bildirilir, artıq virusa yoluxan bir məhbusun həyatını itirdiyi barədə məlumat yayılıb. “Herana” xəbər agentliyinin yaydığı məlumata görə, koronavirusdan ölən məhbusun adı Fərid Məhəmmədidir. 6 ildir Urmiya zindanında həbs edilən məhbus narkotik maddələrinin qaçaqmalçılığı ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib. Fərid Məhəmmədi …

Davamı...

Şərqi Azərbaycanda koronavirusdan ölən var

Son məlumatlara görə, koronavirus artıq Güney Azərbaycan əyalətlərini bürüyüb, Şərqi Azərbaycan Əyalətində virusa yoluxanlardan birinin öldüyü bildirilir. Bu barədə Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi cümə günü jurnalistlərlə çıxışında məlumat verib. O bildirib ki, Şərqi Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilənlərdən 8-nin virusa yoluxduyu müəyyən edilib. Onlardan …

Davamı...

Güney azərbaycanlı fəallar Əhər zindanında aclıq aksiyasına başlayıb – Koronavirusun həbsxanada yayılması ilə əlaqədar

Əhər zindanında koronavirus yayıldıqdan sonra həbsxanada saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Saleh Molla İbrahimi və Süleyman Kazimi aclıq aksiyasına başlayıb. Müxtəlif mənbələrdən əldə olunan məlumatlara görə, Əhər zindanında bir neçə məhbus koronavirusa yoluxub. Zindanın məsulların yoluxanların karantinə alındığını iddia edib. Azərbaycanlı fəallar məsullardan siyasi məhbusların saxlandığı korpusu adi məhbusların bölümündən …

Davamı...

Siyamək Mirzayinin yeni məhkəmə işinə görə həbs cəzası artırılıb

Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi güney azərbaycanlı milli-məfəni fəal Siyamək Mirzayi haqda yeni hökm çıxarıb. Fevralın 26-da elan olunan hökmə əsasən fəalın qərara yenidən baxılması ilə bağlı tələbi rədd olunaraq bundan əvvəlki hökmün əlavə olunmuş cəzaları ilə birlikdə həbs cəzası 1 il 10 günədək artırılıb. Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin …

Davamı...

Güney Azərbaycanda “Meşə kitabı” animasiyası nəşr olunub – FİLM

Təbrizdə “Meşə kitabı” adlı animasiyası türk dilinə dublyaj edilib. Animasiya “Kirpi” nəşr evinin xüsusi təşəbbüsü və bir qrup güney azərbaycanlı gəncin əməkdaşlığı ilə dublyaj edildikdən sonra nəşr olunub. “Kirpi” müəssisəsi uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşr evi uşaqlar üçün çox sayda türkcə kitab və mədəniyyət sahəsinə aid olan materiallar hazırlayaraq …

Davamı...