Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan (page 19)

Azərbaycan

İran həbsxənalarında həbs edilən güney azərbaycanlı fəalların siyahısı – VİDEO

 Ərk- Azərbaycan İnsan Hüquqları Müdafiəsi Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində ingilis dilində klip yayıb. Hesabatda fevralın 6-dək saxlanılıb və ya həbs edilən  fəalların siyahısı əks olunub. Ərk Cəmiyyətinin verdiyi məlumata görə, fəalların əksəriyyəti ana dili və mədəni hüquqlarla bağlı apardığı mədəni mübarizəyə görə uzun müddətli həbs …

Davamı...

Güney Azərbaycan şəhərlərində koronavirusa yoluxanlar var

Ötən günlərdə Güney Azərbaycan şəhərlərində koronavirusa yoluxanlar və yoluxmaqda şübhəli bilinənlərin sayı barədə ziddiyətli xəbərlər yayılır. Etibarlı mənbələr rejimin virusa yoluxanların sayını gizlətdiyini bildirir. Artıq Ərdəbil Əyalətində iki nəfərin virusa yoluxduğu rəsmi şəxslər tərəfindən təsdiqlənib. Bu barədə Ərdəbil Tibbi Universitetinin rəisi Dr. Əxəvan Əkbəri fevralın 26-ı günortadan sonra canlı yayımda …

Davamı...

Güney azərbaycanlı fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib. Azərbaycanlı fəal bu barədə fevralın 26-da ailə üzvlərinə zəng edərək məlumat verib. Fəal anası ilə danışığında hansı ittiham üzrə saxlandığından xəbərsiz olduğunu bildirib. Xatırladaq ki, Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə …

Davamı...

4 güney azərbaycanlı fəal müvəqqəti olaraq sərbəst buraxılıb

Fevralın 26-da 4 güney azərbaycanlı milli-mədəni fəal Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq azadlığa buraxılıb. 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı saxlanılan Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi və Məhəmməd Mahmudi mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Əyyub Şiri 1985-ci ildə Təbrizdə dünyaya göz açıb. O ali …

Davamı...

Güney azərbaycanlı öyrənci Məleykə Qaragözlü həbs cəzasına məhkum edilib

Tehranda etirazlar zamanı saxlanılan Güney azərbaycanlı öyrənci fəal Məleykə Qaragözlü (Dəniz) həbs cəzasına məhkum edilib. Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika üzrə təhsil alan öyrəncinin 6 ay azadlıqdan məhrum edildiyi bildirilir. Azərbaycanlı öyrənci 2019-cu il dekabrın 1-də 600 milyon riallıq vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Məleykə Qaragözlü 2019-cu il noyabrın …

Davamı...

Xalxallı soydaşımızın cənazəsi imkansızlıqdan dağda buraxılıb

Güney Azərbaycanın Xalxal məntəqəsində yoxa çıxan soydaşımızın cəsədi dağlıq ərazidə tapılıb, lakin onun cəsədini şəhərə gətirməyə imkan yoxdur. Məlumata görə, Xalxalın Kəmər kəndinin sakini Xaqan Xosrəvi 2 ay əvvəl evdən çıxıb, o bir daha geri dönməyib. Xalxal Şəhər Qızıl Aypara Cəmiyyətinin xilasedici qrupunun onun tapılması ilə bağlı bir neçə günlük …

Davamı...

“Traxtur”un kapitanı cəzalandırılıb / Klubun icraçı direktoru İnzibati Komitənin qərarına etiraz bildirib

Güney Azərbaycanın “Traxtur” futbol klubu  super liqa yarışlarında öz mövqeyini gücləndirdiyi bir vaxtda ona qarşı yeni təzyiqlər başlayıb. Bu ssenari hər il super liqa yarışlarında mövsümün ikinci yarısında təkrar olunur. Çərşənbə axşamı günü yayılan məlumata görə, Futbol Federasiyasının inzibati komitəsi “Traxtur”la “Gül Gövhər” komandalarının keçirdiyi yarışla bağlı hökm çıxarıb. Hökmə …

Davamı...

Qərbi Azərbaycanda kürd terror qruplaşmaları zəlzələ bölgəsində aktivləşib / Qızıl Aypara Cəmiyyətinin göndərdiyi xilasedici qətlə yetirilib

Bazar günü Qərbi Azərbaycan Əyalətinin Qotur məntəqəsində baş verən zəlzələ bölgədəki kürd terror qruplaşmaları və radikal kürdləri hərəkətə gətirib. Terrorçuların təhdidi o həddə çatıb ki, bölgəyə göndərilən Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupları bəzi kəndləri tərk etməyə məcbur olub. Hətta kəndlərin birində Salmas Qızıl Aypara Cəmiyyətinin rəsmi işçisi kürdlərdən bir tərəfindən …

Davamı...

Xocalı soyqırımından 28 il ötür

Bu gün Xocalı soyqırımının törədilməsinin 28 ili tamam olur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 …

Davamı...

“Traxtur” komandasına xəyanət edən qapıçı Möhsün Fruzana bəraət verilib

2019-cu il aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzduran qapıçı Möhsün Fruzana bəraət verilib. Mətbuat və Mədəniyyət Məhkəməsi Möhsün Fruzan və onun həyat yoldaşına futbolla bağlı qumar şəbəkəsi yaratmaq və  “Traxtur”-“Sepid rud” oyununun nəticəsi üzərinə mərcləşmək ittihamlarından bəraət verib. Məhkəmə ittihamı sübut …

Davamı...