Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 17)

Azərbaycan

Ərdəbilli gənclər robot tibb bacısı istehsal edib

 Ərdəbilli gənclər Yaxın Şərqdə ilk dəfə olaraq robot tibb bacısı istehsal edib. Bu barədə Elektron Qenerasiya Şirkətinin müdiri Behzad Kohənmi mətbuata məlumat verib. “Bu robot əyalət və ölkədə tibb bacılarına yardım etmək məqsədi ilə hazırlanıb. Həkim adlanan robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Yaxın gələcəkdə robotun geniş istehsalına başlanacaq.”- deyə …

Davamı...

Qəzvin valisinin müavini koronavirusa yoluxub

Koronavirusun Güney Azərbaycan əyalətlərini bürüməsi ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir. Cümə axşamı günü axşam saatlarında yayılan xəbərə görə, Qəzvin valisinin müavinlərindən biri koronavirusa yoluxub. Bu barədə Qəzvin Əyaləti üzrə Koronavirusla Mübariz Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hüseyn Biniyaz mətbuata məlumat verib. Onun sözlərinə görə, valinin abadlaşdırma işləri üzrə müavini …

Davamı...

Şərqi Azərbaycanda iş yerində baş verən qəzalarda ölən və xəsarət alanların sayı açıqlanıb

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi son 10 ay ərzində əyalətdə iş yerində baş verən qəzalarda ölən və xəsarət alan işçilərin sayını açıqlayıb. Əli Səfayifərd bu barədə çərşənbə günü mətbuata məlumat verib. “Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 10 ayında əyalət üzrə iş yerində baş verən qəzalarda …

Davamı...

Urmiyanın Mərkəzi Zindanında həyəcan təbili çalındı– koronovirusla bağlı

Güney Azərbaycanın Urmiya şəhərinin mərkəzi zindanının məsulları koronavirusa yoluxmuş 7-ci məhbusu xəstəxanaya köçürdükdən sonra həbsxananın səs gücləndirici aparatları ilə problemin təhlükəli həddə çatdığını elan ediblər. Əldə etdiyimiz məlumata görə, martın 4-dək Urmiya zindanından 7 məhbus xəstəxanaya köçürülüb. Koronavirusa yoluxan məhbuslardan biri ötən günlərdə həyatını itirib. Bildirilir ki, Urmiya zindanında koronavirusa …

Davamı...

İrqçilər Rəşt şəhərində yenidən “Şirinsu” bulağının türkcə lövhəsini sökdülər – GÖRÜNTÜ

İrqçilər yenidən İranın Rəşt şəhərində türkcə olan lövhəni sökdülər. Dünən çərşənbə axşamı günü, anti-türk şəxslər Rəşt şəhərində “Şirinsu” bulağı yazılan lövhəni söküb, çəkinmədən filmini sosial şəbəkələrdə yayımladılar. “Rza Rəsuli” adlı şəxs bu əməlin görüntülərini  fəxrlə öz instagram səhifəsində paylaşıb. Məlumata görə, İranın hüquq mühafizə orqanları həmin şəxsin irqçi hərəkəti ilə …

Davamı...

Təbrizin millət vəkili Teleradio Şirkətinin “Traxtur” klubuna münasibətini tənqid edib

Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İran televiziyasında idman komandaları arasında yol verilən ayrı-seçkiliklərə reaksiya verib. O bu barədə Teleradiso Şirkətinə Nəzarət Şurasının rəisi Möhseni Ejeiyə məktub ünvanlayıb. Məktubda “Traxtur” klubunun bu haqda olan etirazına işarə olunaraq vurğulanıb ki, Teleradio Şirkətinin bəzi aparıcılarının yanlış işləri hələ də davam edir. …

Davamı...

Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsi Məhəmmədrza Fəqihiyə bəraət verib

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi özünə qarşı irəli sürülən ittihamdan bəraət qazanıb. Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 13-cü şöbəsinin rəisi hakim Xudadadi azərbaycanlı vəkilə qarşı irəli sürülən itthamın sübuta yetirilmədiyini qeyd edərək ona bəraət verib. Fəal birinci instansiya məhkəməsi tərəfindən “dosyeni Abbas Lisaniyə açıqlamaqla məhkəmənin gizli …

Davamı...

Güney azərbaycanlı fəal Əmin Vəlizadə saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əmin Vəlizadə “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. Salmas sakini olan fəal fevralın 29-da saxlansa da bu barədə yenicə xəbər yayılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri fəalın evinə müraciət edərək axtarış aparıb, ona məxsus şəxsi əşyalar, o cümlədən kompüter və mobil telefonunu özləri ilə aparıblar. Əmin Vəlizadənin hansı …

Davamı...

Saleh Molla Abbasi və Süleyman Kazimi Əhər həbsxanasından məzuniyyətə buraxılıb – koronavirusla bağlı

Güney azərbaycanlı milli-mədəni fəallar Saleh Molla Abbasi və Süleyman Kazimi koronavirusun cəza müəssisəsində yayılması səbəbindən Əhər həbsxanasından məzuniyyətə buraxılıb. Məlumata görə, həbsxanada bir neçə məhbus koronavirusa yoluxduqdan sonra bəzi məhbuslar, o cümlədən Saleh Molla Abbasi və Süleyman Kazimi aprelin 4-dək evə buraxılıb. Adını çəkdiyimiz fəallar ötən günlərdə koronavirusun həbsxanada yayılması …

Davamı...

Təbrizin Mərkəzi Zindanında saxlanılan Səccad Şəhiri və Əli Əzizidən yeni xəbər var

Güney azərbaycanlı milli-mədəni fəallar Əli Əzizi və Səccad Şəhiri martın 2-də ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq Təbrizin Mərkəzi Zidanının karantin bölümünə köçürüldüklərini bildiriblər. Qərbi Azərbaycanın Urmiya və Sulduz şəhərlərindən olan fəalların müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümənlik ağır mülki vəsiqə qərarı çıxarılıb. Bu barədə fəalların ailə üzvləri Təbriz …

Davamı...