Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan (page 38)

Azərbaycan

Zəncan yolunda baş verən avtobus qəzasında ölənlərin sayı 10 nəfərə çatıb

İsfahandan Təbrizə gələrkən Zəncan şəhəri yaxınlığında qəza keçirən avtobusda xəsarət alan sərnişinlərdən daha biri həyatını itirib. Son məlumata görə, Zəncanın Musəvi xəstəxanasında müalicə alan yaralılardan 1-i həkimlərin səyinə baxmayaraq həyatını itirib. Bununla da qəzada ölənlərin sayı 10 nəfərə çatıb. Bu barədə Zəncan Əyaləti Yol Polisi İdarəsinin rəisi Abbas Müzəffəri “İrna” …

Davamı...

Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfa azadlığa buraxılıb

Güney azərbaycanlı öyrənci, siyasi fəal Yaşar Darülşəfa Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıb. O 2020-ci il dekabrın 1-də 41 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Yaşar noyabr 21-də təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılaraq Evin zindanının Ettelaat Nazirliyinin nəzarətində olan 209-cu korpusuna aparılmışdır. Qəzvin sakini olan azərbaycanlı öyrənci ictimai …

Davamı...

Qaşqay türklərindən olan görkəmli musiqiçi vəfat edib

Qaşqay türklərinin görkəmli musiqi ustadı Furud Qorqinpur vəfat edib. Skripka və kamança ifaçısı 2019-cu ilin son günündə Tehranda ürək tutmasından dünyasını dəyişib. Furud uşaq yaşlarında akkordeon öyrənməklə musiqiyə başlayıb. O 1975-ci ildə Tehran Universitetində musiqi üzrə təhsilini başa vurduqdan sonra kamança ifa etməyə başlayıb. Sonrakı illərdə ölkə daxilində keçirilən festivallarda …

Davamı...

Qərbi Azərbaycanda doğum azalıb, ölüm halları isə artıb

Qərbi Azərbaycan Əyaləti Qeydiyyat İdarəsinin rəisi bildirib ki, bu il (İranda yeni il Novruz bayramında başlayır) əyalətdə doğum azalıb, ölüm halları isə artıb. Bu barədə Məhəmməd Heyrətəngiz 2020-ci il yanvarın 1-də “Fars” xəbər agentliyinin müxbirinə danışıb. “Cari ildə Qərbi Azərbaycan Əyalətində 41 min 733 doğum faktı qeydə alınıb. Bu rəqəm …

Davamı...

“Traxtur” tərəfdarları dünya üzrə birincilər sırasında

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) futbol dünyasının 2019-cü ildə ən yaxşı 9 görüntüsünü müəyyənləşdirib. Təbrizin səhənd stadionunun görüntüsü FİFA-nin yaydığı görüntülər arasında yer alıb. Görüntüdə səhənd stadionunun azarkeşlərlə dolu olduğu görünür. Noyabr ayında məşhur “transfermarkt” saytı bir həftə ərzində  keçirilən oyunlarda dünya üzrə ən çox azarkeş toplayan klubların reytinq cədvəlini …

Davamı...

Rəsul Xətibi “Maşınsazi” komandasından ayrıldı

Təbrizin “Maşınsazi” futbol komandasının baş məşqçisi Rəsul Xətibi komandadan ayrılıb. Bu barədə baş məqşçi çərşənbə axşamı günü İnstaqram səhifəsində məlumat paylaşıb: “Böyük işlər görməyə çalışırdım. Təəssüflər olsun ki, imkan vermədilər. Ən yaxşı azarkeşlər; Xudahafiz. Sizə uğurlar!” Mediada yayılan məlumata görə, son vaxtlar Rəsul Xətibi ilə “Maşınsazi” klubunun sahibi Məhəmmədrza Zenuzinin …

Davamı...

Rza Zarei Təbriz zindanından azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Rza Zarei Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Azərbaycanlı fəal 3 aylıq həbs cəzasını çəkdikdən sonra 2019-cu il dekabrın 31-də sərbəst buraxılıb. Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edilib. Onun həbs cəzası sonralar apellayasiya məhkəməsi tərəfindən 91 günə endirilib. …

Davamı...

Zəncanda yerli məsullardan 3-ü saxlanılıb – araşdırma aparılır

Güney Azərbaycanın Zəncan şəhərində yerli məsullardan 3-ü saxlanılıb. Zəncanın bələdiyyə başçısı, Zəncan 3-cü məhəllə bələdiyyə başçısı və Şəhər Şurasının rəis müavini iki gün öncə təhlükəsizlik qüvvələr tərəfindən yaxalanıb. Hələlik onların hansı səbəbdən saxlandığı açıqlanmayıb, lakin maliyyə pozuntuları ilə əlaqədar saxlandıqları ehtimal olunur. Zəncan Əyaləti Ədliyyə İdarəsinin rəisi İsmayıl Sadiqi Niyarəki …

Davamı...

Güney Azərbaycanın Makı şəhərində qədim “Qoç qatma” mərasimi … – VİDEO

Güney Azərbaycanın müxtəlif bölgələrində xalqın mədəniyyəti, millli-mənəvi dəyərləri, inancı və s. kimi amillərlə bağlı olub sosial mahiyyət kəsb edən qədim adət-ənənə və mərasimlərə böyük əhəmiyyət verilir. Azərbaycanda günümüzə qədər unudulmayan rəngarəng qədim mərasimlərdən biri də “Qoç qatma” şənliyidir. Bu mərasim ən çox Qərbi Azərbaycan Əyalətində yerləşən Makı şəhərinin kəndlərində qorunub …

Davamı...

Qoşaçaylı şagirdlər bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır – GÖRÜNTÜ

Güney azərbaycanın əksər bölgələrində şagirdlərin əksəriyyəti bərbad vəziyyətdə olan məktəblərdə təhsil alır. Əslində məktəblərin təhsil müəssisəsinə heç bir oxşarlığı yoxdur. Sosial şəbəkələrdə Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay məntəqəsinə aid şəkillər yayılıb. Məktəb binalarının təhlükəli vəziyyətdə olduğunu göstərən şəkillər internet istifadəçilərinin heyrətinə səbəb olub. Məlumata görə, məktəblərdə tualetlər çox acınacaqlı vəziyyətdədir. …

Davamı...