Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan (page 39)

Azərbaycan

Təbrizdə saxlanılan azərbaycanlı fəal Məhəmməd Mahmudidən yeni xəbər

Ay yarım əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürüləcəyini bildirib. Bu barədə fəal dekabrın 30-da ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O dekabrın 31-də Təbriz Ettelaat İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürüləcəyini deyib. Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılan …

Davamı...

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Ettelaat Nazirliyinin fəallara qarşı yalan ittihamları barədə xəbərdarlıq edib

Bir qrup Güney Azərbaycan Milli Hərəkatının fəalı bəyanat yayaraq Ettelaat Nazirliyinin fəallara qarşı yeni planı və onları şərləyərək məhkəmə qarşısına çıxarması barədə xəbərdarlıq edib. “Azərbaycan Milli Hərəkatı fəallarının ölkə qanunları çərçivəsində fəaliyyət göstərdiyi hər kəsə aydındır. Lakin Ettelaat Nazirliyi rejimi son hadisələrdə tökülən qanlarla bağlı düşdüyü vəziyyətdən çıxartmaq üçün əsası …

Davamı...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu gün Güney və Quzey Azərbaycanda müxtəlif tədbirlər həyata keçirilir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan …

Davamı...

Güney azərbaycanlı öyrəncilər Darülşəfa qardaşlarının Evin zindanında saxlanması davam edir

Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfanın saxlanmasından 39 gün, qardaşı Kavənin isə 35 gün keçir, lakin onlar hələ də Tehranın Evin zindanının Ettelaat Nazirliyinə məxsus 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır. Jurnalist və tərcüməçi Bəhmən Darülşəfayi bu barədə Twitter səhifəsində məlumat paylaşıb: “Yaşar 5 həftə, Kavə isə bir ay öncə saxlanılıb. Onların …

Davamı...

Ərdəbildə yaşlı səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

Güney Azərbaycanın Təbriz şəhərində yaşlı bir səyyar satıcı Bələdiyyə İdarəsi məmurları tərəfindən vəhşicəsinə döyülüb. Hadisə dekabrın 30-da Ərdəbil küçələrinin birində baş verib. Videoda göründüyü kimi, hücuma məruz qalan yaşlı kişinin üz-gözü döyülməkdən qan içindədir. Bu hadisə ətrafdakı insanların etirazına səbəb olub. Oxşar hadisə Ərdəbildə yay aylarında yaşanmışdır. Xəbər verdiyimiz kimi, …

Davamı...

“Traxtur”un baş məşqçisi rəsmən təsdiqləndi

Güney Azərbaycanın “Traxtur” futbol komandasını müvəqqəti olaraq çalışdıran Sakit İlhami baş məşqçi kimi fəaliyyətini davam etdirəcək. Bu barədə “Traxtur” klubu qərar qəbul edib. Klub tərəfindən bildirilmişdir ki, ötən həftələrdə baş məşqçi Mustafa Dənizli komandadan kənarlaşdırıldıqdan sonra Sakit İlhami yeni baş məşqçi təyin olunanadək komandanı çalışdıracaq. Artıq onun rəhbərliyi altında “Traxtur”un …

Davamı...

Yaşar Piri və Ruzbeh Piriyə qarşı 5 ittiham irəli sürülüb

İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılan iki güney azərbaycanlı fəala qarşı 5 ittiham irəli sürülüb. Məlumata görə, Təbriz Şəhər Prokurorluğu hazırladığı iddianamədə Ruzbeh Piri və Yaşar Piriyə qarşı 5 ittiham irəli sürüb, iddianamə Təbrizin İnqilab Məhkəməsinə göndərilib. Piri qardaşları “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sözləşmə və toplaşma”, “fəaliyyəti …

Davamı...

İran rejiminin yeni planı: Qərbi Azərbaycanda “kürd icmasının beynəlxalq mədəniyyət mərkəzi” təsis edilir

İran rejimi bölgədə demoqrafik tərkibi dəyişdirmək siyasətinə uyğun olaraq Qərbi Azərbaycanda “kürd icmasının beynəlxalq mədəniyyət mərkəzi”ni yaratmaq istəyir. Dekabrın 26-da əyalətin Planlaşdırma və İnkişaf Şurasının iclasında “Qərbi Azərbaycanda düzənləmə Sənədi” böyük səs çoxluğu ilə təsdiq edilib. Qərbi Azərbaycanın yerli olmayan və radikal kürdçü mövqeyi ilə tanınan Məhəmməd Mehdi Şəhriyarinin dəstək …

Davamı...

“Traxtur” tərəfdarları Abbas Lisaninin azadlığa buraxılmasını istəyib – VİDEO

Şənbə günü Tehranın “Şəhr-i Qüds” (“Həsənxan qalası”) stadionunda bu şəhərin “Peykan” və Güney Azərbaycanın “Traxtur” futbol komandaları arasında keçirilən görüş zamanı “Traxtur” tərəfdarları tanınmış milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz  azadlığa buraxılmasını tələb edib. Minlərlə soydaşımızın tamaşaçı qismində iştirak etdiyi görüşdə bir çox milli şüar səsləndirilib. Azarkeşlərin səsləndirdiyi şüarlar arasında “Türk …

Davamı...

Güney azərbaycanlı vəkil və milli-mədəni fəalın üçüncü məhkəmə iclası keçirilib

Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin üçüncü məhkəmə iclası keçirilib. Təbriz Məhkəməsinin 2-ci şöbəsində keçirilən iclasda irəli sürülən ittihamlarla bağlı prokurorluq və “Sepah”ın nümayəndələri də iştirak edib. Hakim Cinayət Prosessual …

Davamı...