Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan (page 21)

Azərbaycan

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Urmiya şəhərində saxlanılıb. Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət edərək onu yaxalayıblar. Fəalın valdeyinləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparıblar. Fəalın hansı səbəbdən saxlanıldığı barədə hələlik heç bir …

Davamı...

Cəhdlər nəticə verdi – Urmiyadə azərbaycanlıların dəstək verdiyi namizədlər qalib gəldi

Qərbi Azərbaycan Əyalətinin şəhərləri, o cümlədən Urmiyada dünən keçirilən parlament seçkilərinin nəticələri azərbaycanlıların birlik nümayiş etdirməsinin nə qədər təsirli olduğunu göstərməkdədir. Artıq Urmiya şəhərində azərbaycanlıların dəstək verdiyi 3 namizədin qalib gəldiyini Urmiya Şəhər İcra Hakimiyyətinin başçısı rəsmən təsdiqləyib. Onun sözlərinə görə, 344 min 886 səsdən Salman Zakir 138 min 436, …

Davamı...

Sulduz əhalisi seçkilərin nəticəsi məlum olduqdan sonra küçələrə toplaşaraq şənlik edib – VİDEO

Fevralın 21-də keçirilən parlament seçkilərində Sulduz və Üşnəviyyə seçki dairəsindən azərbaycanlıların dəstək verdiyi Əli Zəncani Həsənluyi deputat seçilib. Artıq Ə.Zəncaninin qələbə qazandığını Sulduz Şəhər İcra Hakimiyyətinin başçısı təsdiqləyib. İcra Hakimiyyətinin başçısı bildirib ki, Ə.Zəncani 128 min 731 səsdən 78 min 673 səsi qazanıb. Babaxan İskəndəri isə 50 min 58 səs …

Davamı...

Qərbi Azərbaycan Əyalətində parlament seçkilərinin ilkin nəticələri məlum olub

Xəbər verdiyimiz kimi, fevralın 21-də İranda parlament seçkiləri keçirilib. Radikal kürd təşkilatlar və terror qruplaşmalarının geniş təbliğat apardığı Qərbi Azərbaycan Əyalətində keçirilən seçkilərin ilkin nəticələri artıq əksər seçki dairələrində məlum olub. Güney azərbaycanlıların xüsusi həssaslıqla gözlədiyi seçki dairələrində lider namizədlər aşağıdakılardır: Urmiya şəhərindən – Salman Zakir, Ruhulla Həzrətpur və Vəhid …

Davamı...

Şərqi Azərbaycanda iki əsər ölkənin qeyri-maddi mədəni irs siyahısına daxil edilib

İranda siyahıya alınmış Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin sayı getdikcə artır. Şərqi Azərbaycan Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi əyalətdə iki əsərin ölkənin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. Murtaza Abdar qeyd edib ki, Xosrovşahın “Palıt qığanağı” və İsfəncan kəndinin ənənəvi “Zirişli kükə” çörəyinin bişirilməsinin siyahıya alınması …

Davamı...

“Qərbi Azərbaycanda 4500-dən çox dərs otağına ehtiyac var”

Qərbi Azərbaycan Məktəblərin Təchizatının təmin edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəisi ölkənin orta hesabına çatmaq üçün əyalətdə 4550 dərs otağına ehtiyac olduğunu bildirib. Bu barədə Rza Manafzadə “Fars” xəbər agentliyinə danışıb. “Ölkədə hər şagirdin təhsil alması üçün məktəb və həyətindən ibarət müəyyən ərazi nəzərdə tutulur. Bu rəqəm ölkədə orta hesabla …

Davamı...

Ərdəbildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə divarlara şüarlar yazılıb: Türk dilində mədrəsə,…

Güney Azərbaycan şəhərlərində 21 Fevral – Beynəlxaq Ana Dili Günü münasibəti ilə müxtəlif mədəni tədbirlər həyata keçirilir. Məlumata görə, Ərdəbil şəhərində ana dilində təhsil hüququ ilə bağlı divarlara çoxlu şüarlar yazılıb. Qrafit texnikası ilə yazılan şüarlarla birlikdə ana dilində təhsilin qadağan olduğunu əks etdirən təsvirlər də görünür. Şəhərin müxtəlif yerlərində …

Davamı...

Tövhid Əmir Əmini və Kiyanuş Aslaninin saxlanmasından bir il keçdi

Ötən il Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri paylayan güney azərbaycanlı milli-mədəni fəalların saxlanmasından bir il ötdü. Tövhid Əmir Əmini və Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda poster payladıqları üçün saxlanılıb. Fəallar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin …

Davamı...

Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə trakt paylanılıb

Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Məlumata görə, Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyada Beynəlxalq Ana Dili Günü münasibəti ilə şəhərdə çox sayda trakt paylanılıb. Bundan əlavə, azərbaycanlı fəallar fevralın 20-də şəhərin mərkəzi küçələrində əhali arasında şokolad paylayıb. 21 Fevral bütün dünyada Beynəlxalq …

Davamı...

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən …

Davamı...