Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 23)

Azərbaycan

Ərk Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində hesabat hazırlayıb – VİDEO

Ərk- Azərbaycan İnsan Hüquqları Müdafiəsi Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində hesabat hazırlayıb. Video şəkilində yayılan hesabatda fevralın 6-dək saxlanılan fəalların siyahısı əks olunub. Ərk Cəmiyyətinin verdiyi məlumata görə, fəalların əksəriyyəti ana dili və mədəni hüquqlarla bağlı apardığı mədəni mübarizəyə görə uzun müddətli həbs cəzasına  məhkum …

Davamı...

Bahalığa qarşı keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar barəsində son məlumat

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlarla bağlı çox sayda güney azərbaycanlı milli-mədəni fəal saxlanılıb. Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsi saxlayaraq fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bəyan edib. Ettelaat İdarəsinin təknəfərlik kameralarında saxlandıqlarına etiraz olaraq aclıq etdiyini deyən fəal aksiyanın ikinci günündə …

Davamı...

Nadir Qazipur və Hadi Bahadurinin deputatlığa namizədliyi təsdiqlənib

Qərbi Azərbaycanın mərkəzi şəhəri Urmiyadan əldə edilən xəbərlərə əsasən Nadir Qazipur və Hadi Bahadurinin deputatlığa namizədliyi təsdiqlənib. Urmiya şəhərindən deputatlığa namizədliyini irəli sürən hazırkı millət vəkillərinin namizədliyi fevralın 17-də təsdiq edilib. Artıq Nadir Qazipur bu barədə yayılan xəbəri təsdiqləyib. Bundan əvvəl Konstitusiyanı Mühafizə üzrə Şura adını çəkdiyimiz hazırkı millət vəkillərinin …

Davamı...

“Traxtur”un baş məşqçisi İran nazirliklərinin “İstiqlal”, “Perspolis” və “Sepahan”a dəstək verməsini tənqid edib

Güney Azərbaycanın “Traxtur” futbol komandasının baş məqçisi İran nazirliklərinin “İstiqlal”, “Perspolis” və “Sepahan” komandalarına dəstək verməsini tənqid edib. Sakit İlhami bu barədə fevralın 16-da Səhənd kanalının “Moc-i futbol” verilişində danışıb. “Çempion olmaq üçün sadəcə oynamaq və texniki məsələlər yetmir. Hamı bilir ki, xüsusi komandaların arxasında bir neçə nazirlik dayanır. Milli …

Davamı...

Məhəmməd Güneyli barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

Azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneyli barəsində çıxarılan 6 aylıq həbs qərarı apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Hökm Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi tərəfindən fevralın 16-da yazılı və şifahi şəkildə Məhəmməd Güneyli və onun vəkilinə elan olunub. Hökmə əsasən azərbaycanlı vəkilin “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində …

Davamı...

Güney azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadə həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı şair və yazıçı Mənsur Zeynalzadə təmami ilə qondarma ittihamlara görə məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Azərbaycanlı şair 2019-cu il dekabrın 9-da Urmiyənin “9 Pillə” Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Təmami ilə qondarma ittihamlar üzrə tutulan fəal iki gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır. …

Davamı...

Səhənd Məali Sarab zindanından azadlığa buraxılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 10 aylıq həbs cəzası başa çatdıqdan sonra fevralın 17-da Sarab zindanından sərbəst buraxılıb. Fəal 2019-cu il mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına aparılmışdır. Fəalın bundan əlavə daha iki məhkəmə …

Davamı...

İran zindanlarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı fəal, o cümlədən Abbas Lisaninin infoqrafiyası… – GÖRÜNTÜ

İran həbsxanalarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı milli-mədəni fəalın infoqrafiyası yayılıb. Azərbaycanlı fəallar tərəfindən hazırlanan infoqrafiyada siyasi fəalların həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar qeyd olunub. Abbas Lisani, Mojqan Siyami, Lətif Həsəni və Rəhim Qulami Ərdəbil zindanı və Kərəcin Rəcayişəhr həbsxanasında məhbus həyatı yaşayır. Siyamək Mirzayi isə Cənubi Xorasanın …

Davamı...

Bir qrup güneyli milli-mədəni fəal saxlanılan azərbaycanlı fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib

Bir qrup güneyli milli-mədəni fəal saxlanılan çox sayda azərbaycanlı fəalın azadlığını tələb edən bəyanat yayıb. Bəyanatda fəalların qanunsuz olaraq saxlanılması pislənilərək onların qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub. Bəyanatın mətni Ərk– Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyətinin Teleqram kanalında yayımlanıb. “Azərbaycanın bir qrup milli-mədəni fəalı İnsan Hüquqları Bəyannaməsinin 3 və 9-cu maddəsi, …

Davamı...

Güney azərbaycanlı fəallar Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefon əlaqəsi saxlaya bilib

Güney azərbaycanlı milli-mədəni fəallara Təbriz Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefonla danışmağa icazə verilib. Məlumata görə, Babək Hüseyni Müqəddəm, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Əkbər Mühaciri, Şahin Bərzgər və Məhəmməd Mahmudi fevralın 13-də Təbriz zindanından ailələrinə zəng edərək söhbət ediblər. Fəallar İranda bahalığa qarşı keçirilən …

Davamı...