Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan (page 22)

Azərbaycan

Güney Azərbaycanda insan hüquqlarının pozulması barədə Cavid Rəhmanın hesabatı

BMT-nin İranda insan hüquqları məsələləri üzrə xüsusi nümayəndəsi Cavid Rəhman yeni hesabatında Güney Azərbaycanda İran rejimi tərəfindən insan hüquqları pozulmasına işarə edib. Hesabat çərşənbə günü, fevralın 19-da yayılıb. Birinci hissədə İranda insan hüquqları zəminində olan nigaranlıqlar, ikinci hissədə isə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması üçün təkliflər yer alıb. BMT-nin …

Davamı...

Urmiya Universitetinin öyrəncilərinin parlament seçkiləri ilə bağlı bəyanatı

Urmiya Universitetinin millətçi öyrənciləri keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda öyrəncilər “Azərbaycan yatma dur” kolisiyasına dəstək verdiklərini qeyd ediblər. “Qərbi Azərbaycandakı xüsusi şəraiti nəzərə alaraq Urmiyə Universitetinin millətçi öyrənciləri olaraq seçkilərə qatılmağı məqsədəuyğun hesab edirik. Uzun sürən müzakirələrdən sonra “Azərbaycan yatma dur” birliyinə dəstək vermək qərarına gəldik.”- deyə …

Davamı...

Güney Azərbaycan Milli Hərəkatı fəallarının dəstək verdiyi deputatlığa namizədlərin siyahısı

Qərbi Azərbaycandakı xüsusi şəraiti nəzərə alaraq Azərbaycan Milli Hərəkatının fəalları Urmiyada Ruhulla Həzrətpur, Salman Zakir və Vəhid Calalzadədən ibarət olan “Azərbaycan yatma dur” koalisiyasına dəstək vermək qərarına gəlib. Fəallar şəhər əhalisi ilə məsləhətləşdikdən, namizədlərlə görüşdükdən və onların reytinqini nəzərə aldıqdan sonra bu qərara gəlib. Azərbaycanlı fəallar bildirib ki, bəzi namizədlərlə …

Davamı...

“Traxtur” tərəfdarlarından Qərbi Azərbaycan Əyalətinə göz tikənlərə tutarlı cavab – VİDEO

Çərşənbə günü Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Kirmanın “Mis” komandası arasında görüş keçirilib. İran kuboku yarışları çərçivəsində keçirilən oyun 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Bu qələbədən sonra “Traxtur” yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb. Oyun soyuq hava şəraitində keçməsinə baxmayaraq görüşdə minlərlə soydaşımız tamaşaçı qismində …

Davamı...

Evin zindanında saxlanılan güney azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılmasına maneçilik törədilir

Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq barəsində mülki vəsiqə qərarı çıxarıldığını bildirib. Lakin hakim fəalın müvəqqəti sərbəst buraxılmasına mane olur. Fəal saxlandıqdan təxminən bir ay sonra fevralın 18-də ailə üzvlərinə zəng edərək Evin zindanının 209-cu korpusunda saxlandığını deyib. O həmçinin inqilab məhkəməsinin Evin zindanındakı …

Davamı...

Güney azərbaycanlı aktyordan panfarsistlərə xitabən: Nə üçün müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir…?

Türk dilində çəkilən “Atabay” filminin aktyor və ssenari müəllifi panfarsistlərə xitabən bildirib ki, nə üçün müharibə zamanı demirdilər ki, yalnız farslar müharibə etməlidir? Hadi Hicazifər Fəcr Film Festivalında “Atabay” filmindəki aktyorluq roluna qəsdən qiymət verilməməsinə belə reaksiya verib: “Önəmli deyil. İnsan irəli getdikcə izləyicilərin fikirinə daha çox əhəmiyyət verir. Onların …

Davamı...

Kürd kanalları Urmiyada keçiriləcək parlament seçkiləri ilə bağlı geniş təbliğat aparır – VİDEO

Kürd terror qruplaşmaları ilə yanaşı kürd dilində yayımlanan müxtəlif telekanallar da kürdləri Qərbi Azərbaycan şəhərlərində keçiriləcək parlament seçkilərində aktiv olmağa çağırır. Radikal kürdlərin məqsədi parlamentə kürddilli millət vəkili göndərməklə Qərbi Azərbaycan şəhərlərini dünya ictimaiyyətinə Kürdistan kimi təqdim etməkdir. Sözügedən telekanallar bu məqsədlə kürdləri Urmiya, Sulduz, Sayınqala və Tikantəpə kimi şəhərlərə …

Davamı...

“İranşəhri” adı altında irqçilik düşüncəsi pislənilməlidir– Təbrizin millət vəkili

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Güney Azərbaycanda manqurt bir insan kimi tanınan Cavad Təbatəbayinin irqçi “İranşəhri” teoriyasını kəskin tənqid edərək qeyri-fars millətlərinin kimlik və mədəniyyətinin qorunub saxlanılmasının vacib ilduğunu bildirib. “Nəsr” agentliyinin yaydığı məlumata görə, Əhməd Əlirzabeygi “İranşəhri” adı altında yayılan irqçilik düşüncəsini pisləyib. “Ölkədə illərdir …

Davamı...

Güney Azərbaycan televiziyasında yeni verilişlər: “Özümüz” və “Sözümüz”

Güney Azərbaycan Televiziyasında (GünAz TV) “Özümüz” və “Sözümüz” adlı iki yeni verilişin yayımı başlayır. “Özümüz” verilişində Azərbaycan türklərinin milli kimliyi və tarixi kökləri barədə elmi söhbət olacaq. Verilişi ustad Məhəmməd Rəhmanifər, siyasi fəal Məsud Harayla birlikdə aparacaq. “Özümüz” verilişini həftənin çərşənbə axşamı günləri Təbriz vaxtı ilə saat 20:45-də GünAz TV-dən …

Davamı...

Bir nömrəli türk kinorejissorlar İran kinosunun yarısını ələ alacaq – “Atabay” filminin aktyoru / VİDEO

Güney azərbaycanlı aktyor və kinorejissor, məşhur “Atabay” filminin aktyoru Hadi Hicazifər türk sənətkarlarla bağlı qürurverici sözlər deyib. O türk dilinin əhəmiyyətinə təkid edərək bildirib ki, Urmiya, Təbriz və digər şəhərlərdə bir nömrəli kinorejissorlar var. Onlar 2, 3 ildən sonra İran kinosunun yarısını ələ alacaq. Azərbaycanlı aktyor türk dili ilə bağlı …

Davamı...